AZ

Canan Karatay xəbərdarlıq etdi:  Hər gün yediyiniz bu qida beyninizi uyuşdurur

Canan Canan Karatay xəbərdarlıq etdi:

Prof. Dr. Canan Karatay ağ çörəyin beyni uyuşdurduğunu və bədəndəki trigliserid səviyyəsini artırdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, ağ çörəyin insan sağlamlığına gözləniləndən qat-qat zərərli olduğunu vurğuladı.

Karatay, yüksək trigliserid səviyyələrinin ürək xəstəliyi riskini artıra biləcəyini, ateroskleroza və damar divarlarının qalınlaşmasına səbəb ola biləcəyini söylədi: "Bu vəziyyət infarkt, insult və müxtəlif ürək-damar xəstəlikləri riskini artırır, həmçinin pankreatit, şəkərli diabet və hipertoniyaya yol aça bilər. Ağ çörəyin hazırlanmasında istifadə edilən rafinə unun tərkibində olan aminopeptin şəkərinin həzm edilməsi üçün lazım olan fermentlərin insan metabolizmində mövcud deyil".

"Çox adam soruşur ki, çörək müqəddəs deyilmi? Onu yeməməliyik?" – Bəli, yeməyəcəksiniz! - deyən Karatay üç ağ maddənin (ağ un, şəkər və duz) yaratdığı xəstəliklərin tamamilə qarşısının alındığını da vurğulayıb.

Çörək əvəzinə nə yemək olar?

Karatay bildirib ki, çörək yerinə çiy kök və ya turp yeyə bilərsiniz. Bu seçim qış ayları gəldiyi üçün sizi həqiqətən tox tutar. Şəkərsiz qəhvə, sevdiyiniz türk qəhvəsi və ya istənilən şəkərsiz çay içə bilərsiniz. “Çörək yeməsəm doymaram” demək beyində immunitet yaratmaq deməkdir” , - deyə o, fikirlərini bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
25
e-saglam.az

1Mənbələr