AZ

Payız tanışlıq üçün ən yaxşı vaxtdır - Kişilər bu ərəfələr...

Bəzilərinə qəribə gəlsə də, tanışlıq zamanı tarixlər və ya zaman böyük əhəmiyyət kəsb edir. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, payız tanış olmaq üçün ən yaxşı vaxtdır.

Payız və qış aylarında kişilər intuitiv olaraq ailə qurmaq üçün partnyor tapmağa çalışırlar.  Ancaq bütün qadınlar bu fenomenin səbəbini başa düşmürlər, buna görə də əsl sevgini tapmaq fürsətini əldən verirlər. 

Soyuq havaların başlaması ilə kişilərdə hormonların səviyyəsi azalır və ağıl emosiyalardan üstün olmağa başlayır. Güclü cinsin subay nümayəndələri ciddi münasibətlərə keçməyin vaxtı olduğunu başa düşürlər.

Statistikaya görə, toylarla bitən ən çox tanışlıq payızın sonu, qışın əvvəlinə təsadüf edir.  Maraqlıdır ki, bu tendensiya təkcə gənclərə deyil, artıq qırxdan yuxarı olanlara da aiddir.

Psixoloq Valeriya İqnatovanın sözlərinə görə, kişilər dekabrın sonunda uzunmüddətli perspektivə ümid edərək tanış olmaq istəyində xüsusilə aktivdirlər. Tətil öncəsi atmosfer partnyor axtarışını stimullaşdırır. Çünki uşaqlıqdan bəri Yeni il ailə ilə keçirilən bayram olaraq qeyd edilir. 

Seçilən
13
news24.az

1Mənbələr