Ötən əsrin 90-cı illərində Braziliya millisində çıxış etmiş və Fransa PSJ-nin sabiq idman direktoru Leonardo Zinəddin Zidana heyran olduğunu açıqlayıb.
90deqiqe.Az-ın “derbyderbyderby.it”ə istinadən məlumatına görə, o, keçmiş Ballon d'Or qalibini meydanda unikal oyunçu adlandırıb.
"Bir futbolçu kimi Zidana tamamilə heyran oldum, onun inanılmaz keyfiyyətləri var idi, bunu hamı xatırlayır.Hər kəs onun matçını xatırlayır və təsadüfi deyil ki, o, həm dünya çempionatının finalında, həm də Çempionlar Liqasının finalında qol vurub.O, meydanda unikal idi"
Xatırladaq ki, Zinəddin Zidan karyerasını 2006-cı ildə başa vurmuşdu.