AZ

"İsrailə silah tədarükü təcili dayandırılmalıdır" - Hakan Fidan

"İsrailə silah tədarük edənlər sionist rejiminin Qəzza bölgəsi əhalisinə qarşı soyqırımında iştirak etməsi deməkdir..."
 
54 ölkə və təşkilatdan ibarət koalisiya BMT Təhlükəsizlik Şurasına kollektiv müraciət ünvanlayaraq İsrailə silah və hərbi texnika tədarükünün dayandırılması məqsədilə təcili tədbirlər görülməsini tələb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
"Biz bütün ölkələrin İsrailə silah və döyüş sursatlarının satışına son qoymağa çağırış edən birgə məktub yazmışıq. Bu məktubu 54 tərəf imzalayıb və noyabrın 1-də BMT-yə təqdim etmişik", - bunu Türkiyə XİN rəhbəri Hakan Fidan Cibutidə Afrika-Türkiyə nazirlər konfransının yekunlarına dair mətbuat konfransında bəyan edib.
 
O, dünya ictimaiyyətinə İsrailə silah satışının sionisit rejiminin Qəzza bölgəsi əhalisinə qarşı soyqırımında iştirak etməsi demək olduğu fikrinin çatdırılması üçün istənilən imkandan istifadə edilməsinin zəruriliyini vurğulayıb.
 
Bəyanatda beynəlxalq hüquq və əvvəlki qətnamələrə riayət edilməsinin vacibliyi vurğulanır, BMT Baş Assambleyasının "işğal edilmiş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə istifadə ediləcəyinə şübhələrə tutarlı əsaslar olan" vəziyyətlərdə silah tədarükünə məhdudiyyətlər qoyulmasına çağırış edən 18 sentyabr 2024-cü ildə qəbul etdiyi ES-10/24 saylı qətnamədən iqtibas gətirilir.
 
Müraciət müəllifləri Türkiyə, Əlcəzair, Misir, İndoneziya, İordaniya, Küveyt, Livan, Malayziya, Mavritaniya, Namibiya, Nigeriya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Cənubi Afrika Respublikasıdır. Onların arasında həmçinin Fələstin Muxtariyyəti və yeganə Avropa ölkəsi olan Norveç də var.
 
Petisiyanı Çin, Braziliya və Kolumbiya kimi bir sıra Cənubi Amerika ölkələri, habelə Qırğızıstan, Qazaxıstan, Vyetnam, bir sıra ərəb və Afrika dövləri və Rusiya Federasiyası imzalayıb. Türkiyənin bu təşəbbüsünə həmçinin iki təşkilat-Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı da imza atıb.
 
Praktiki olaraq İsrail Silahlı Qüvvələrinin Qəzza bölgəsində əməliyyata başladığı gündən Türkiyə bölgə ərazisində hərbi əməliyyatlarının dayandırılmasına çağırış etmək üçün Təl-Əvivə təsir etmək məqsədilə bütün meydançalardan istifadə edir.
 
Belə ki, oktyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan BMT-yə müraciət edərək İsrailə qarşı silah embarqosu tətbiq  etməyə çağırış edib. Onun sözlərinə görə, bu, münaqişəyə son qoyulması üçün effektiv tədbir olardı.
Seçilən
44
moderator.az

1Mənbələr