Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin noyabrın 6-na olan xronikasını təqdim edir:
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarıpartlayıb.
- Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.
- Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb.Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflicvəziyyətindədir.
- Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsininvideogörüntüləri yayılıb. Düşmən Tərtərinkəndlərini artilleriya atəşinə tutub.
- Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlıqüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.