AZ

Həmkarlarım məni satdılar – Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba

Noyabrın 5-də Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba Instagram Stories-də izləyicilərin suallarını cavablandırarkən həmkarlarının xəyanətindən danışıb.

“Ailən və ya dostlar tərəfindən xəyanətə məruz qaldınızmı və əgər belədirsə, bunun öhdəsindən necə gəldiniz?” – abunəçiləri ondan soruşublar.

“Ailə və dostlar – yox. Həmkarlarım məni satdılar. Artıq onlar mənim üçün yoxdular. Amma mən bunu düşünmədim və incimədim, çünki zəif adamların təbiəti belədir. Bunu başa düşmək lazımdır”, – Kuleba deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
16
editor.az

10Mənbələr