Futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina ilə növbəti yoldaşlıq oyunu keçirib.
QOL.az xəbər verir ki, komandamız Zeniça şəhərində keçirilən görüşdə 1:5 hesabı ilə uduzub. Millimizin heyətində yeganə qolu Oktay Rüstəmli vurub.
Qeyd edək ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda ötən gün keçirilən yoxlama görşündə bu rəqibinə 0:7 hesabı ilə məğlub olmuşdu.