Rusiya "Apple" şirkətini cərimələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb "Apple"nin bəzi məzmunlara girişi bloklamaması olub.
Bu səbəbdən Moskva məhkəməsində şirkətə qarşı iddia qaldırılıb: "Məhkəmə şirkəti dəfələrə rəsmi xəbərdarlığa məhəl qoymamasına görə "Apple"ni 3,6 milyon rubl (təxminən 37 min dollar) cəriməyə məhkum edib".
Zülfiyyə Mustafayeva
MİA.AZ