AZ

“Qərar şəxsi istəyimdir, belə olmalı idi, oldu”

Şahin Diniyev "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra "Səbail" klubu ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "oxu.az"a açıqlama verən Şahin Diniyev bildirib ki, şəxsi istəyi ilə klubdan ayrılıb.

"Qərar şəxsi istəyimdir. Belə olmalı idi, oldu. Bu barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. "Səbail" klubuna mövsümün geri qalanında uğurlar arzu edirəm", - deyə Ş.Diniyev bildirib.

Şahin Diniyev 2022-ci ilin dekabr ayından "Səbail" klubunun baş məşqçisi vəzifəsində çalışdırdı.

Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.

"Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu, "Kəpəz" isə 10-cü pilləsində qərarlaşıb.

Seçilən
29
sportinfo.az

1Mənbələr