Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Çempionlar Liqasının sonuncu qalibi olan İspaniyanın “Real” klubu doğma meydanda “Milan”la qarşılaşıb. İtaliya nəhəngi səfər oyununda inamlı qələbəyə sevinib.
İtaliyanın digər təmsilçisi “Yuventus” Fransada “Lill”in qonağı olub. Bu görüşlərdə qalib məyyənlyəşməyib.
“Bayer” (Almaniya) səfərdə İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gəlib. “Qırmızılar” Almaniya çempionuna böyük hesabla qalib gəliblər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun digər görüşləri noyabrın 6-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr
PSV (Niderland) – “Jirona” (İspaniya) 4:0
Qollar: Flaminqo, 16. Tillman, 33. Bakayoko, 83. Kreyçi, 88-öz qapısına.
“Slovan” (Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:4
Qollar: Ştreleç, 5 – Şpikiç, 10. Suçiç, 30. Kulenoviç, 54; 72.
“Real” (İspaniya) – “Milan” (İtaliya) 1:3
Qollar: Vinisius, 23-pen – Tiav, 12. Morata, 39. Reynders, 73.
“Liverpul” (İngiltərə) – “Bayer” (Almaniya) 4:0
Qollar: L.Dias, 61; 83; 92. Qakpo, 63.
“Borussiya” (Dortmund, Almaniya) – “Şturm” (Avstriya) 1:0
Qol: Malen, 86.
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) 4:1
Qollar: Dyokereş, 38; 49-pen; 81-pen. Arauxo, 46 – Foden, 4.
“Lill” (Fransa) – “Yuventus” (İtaliya) 1:1
Qollar: David, 27 – Vlahoviç, 60-pen.
“Seltik” (Şotlandiya) – “Leypsiq” (Almaniya) 3:1
Qollar: Kun, 35; 45+1. Hatate, 72 – Baumqartner, 23.
“Bolonya” (İtaliya) – “Monako” (Fransa) 0:1
Qol: Kehrer, 87.