Bakı. Trend:
Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında baş verənqəza ilə əlaqədar təşkil olunan etiraz aksiyası iğtişaşlaraçevrilib.
Trend xəbər verirki, minlərlə insan şəhərdə yürüş keçirərək şəhər meriyasınınbinasına daşlar atıb, pəncərələri sındırıb. Etirazçılardan bir qrupmeriya binasına məşəl atıb və bu, binanın birinci mərtəbəsindəkiçik bir yanğına səbəb olub.
Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına gözyaşardıcıqazla müdaxilə edib və qarşıdurma nəticəsində üç nəfərinyaralandığı bildirilib.
Xatırladaq ki, noyabrın 1-də dəmiryolu vağzalında stansiyabinasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfərhəyatını itirib və üç nəfər ağır yaralanıb. Noyabrın 2-si Serbiyadamilli matəm günü elan olunub. Bu hadisədən sonra Serbiyanıntikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefaverəcəyini açıqlayıb.