AZ

“Bir neçə nəfəri milliyə cəlb edə bilməmişik”.

"Çalışacağıq ki, maksimum dərəcədə yaxşı çıxış edib Bakıya əliboş qayıtmayaq və azarkeşləri sevindirək".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarla bağlı danışarkən deyib.

Mütəxəssis komandada itkilər olduğunu vurğulayıb:

“Sabahdan hazırlığa başlayırıq. İkisi qapıçı olmaqla ümumilikdə 20 nəfər dəvət etmişik. Düşünürəm ki, bu gün üçün ən güclü futbolçulardır. Düzdür, itkilər də var. Bir neçə nəfəri zədə səbəbindən heyətə cəlb edə bilməmişik”.

E.Abdullayev Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları bütün rəqiblərlə bağlı məlumatlı olduqlarını söyləyib:

“Bütün rəqiblərlə bağlı məlumatımız var. Çox fərqli və güclü komandalardır. Bu səbəbdən hər oyun üçün fərqli taktika və strategiyadan yararlanacağıq. Komandamızda çatışmazlıqlar çoxdur. 2-3 gün ərzində bunları düzəltmək çətindir. Çalışacağıq ki, maksimum dərəcədə yaxşı çıxış edib Bakıya əliboş qayıtmayaq və azarkeşləri sevindirək”.

Avropa çempionatının seçmə mərhələsində VII qrupda yer alan Elxan Abdullayevin baş məşqçisi olduğu yığma Kişinyovda İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Seçilən
57
sportinfo.az

1Mənbələr