Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rutte İtaliyaya rəsmi səfər edib.
Trend-inməlumatına görə, İtaliya Nazirlər Şurasının açıqlamasına əsasən,səfər çərçivəsində Romada Baş nazir Ciorcia Meloni ilə görüşkeçirilib. Görüşdə, qlobal qeyri-sabitlik şəraitində ümumitəhlükəsizliyin əsas sütunu olaraq NATO-nun rolu və İtaliyanınAvroatlantik müdafiəyə verdiyi töhfələr müzakirə edilib.
Həmçinin, Ukraynanın müdafiəsi, NATO-nun Avropa sütununun dahainnovativ və rəqabətədavamlı müdafiə sənayesi ilə gücləndirilməsivə Alyansın yeni təhlükəsizlik çağırışlarına uyğunlaşması barədəmüzakirələr aparılıb.
Mark Rutte, həmçinin İtaliya Prezidenti Sercio Mattarella ilə dəgörüşüb.