AZ

Məhkəmə bu şəxslərə bildiriş göndərməlidir

Hazırlıq iclası ilə bağlı tələbləri yerinə yetirərkən məhkəmə göstərilən şəxslərə müvafiq olaraq ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətini göndərməlidir (təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının surətinin verilməsinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməsinə görə məhkəmə bu şəxslərə həmin sənədləri göndərmir).

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə həmçinin bu Məcəllənin 298.3-cü maddəsində göstərilmiş şəxslərə aşağıdakılara dair bildiriş göndərməlidir:

–  məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması haqqında (təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti, habelə məhkəmənin tərkibinə daxil olan hakimlərin soyadı və vəzifəsi göstərilməklə);

– məhkəməyə vəsatət və ərizələrin göndərilməsi qaydası və müddətinin izahı daxil olmaqla bildirişin göndərildiyi şəxsin hüquq və vəzifələrinin izahı haqqında;

– məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün məhkəməyə gəlməyin vaxtı barədə.

Seçilən
39
heftelik.az

1Mənbələr