ABŞ-da keçirilən seçkilərdə Respublikaçı Donald Tramp prezident seçilərsə, Kanadanın NATO kontekstində müdafiə xərclərini artırmaq siyasəti dəyişməyəcək.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Kanadanın müdafiə naziri Uilyam Bleyr məlumat verib.
"Mən çox aydın olmaq istəyirəm. Biz müttəfiqlərimizə, o cümlədən ABŞ-a Kanadanın ÜDM-nin 2%-ni müdafiəyə xərcləyəcəyinə dair öhdəlik götürmüşük. Biz bu öhdəliyə sadiqik və onu həyata keçirəcəyik.", - deyə o bildirib.
Xatırladaq ki, bu ilin yayında Vaşinqtonda keçirilən NATO sammitində Kanadanın baş naziri Castin Trüdo ölkəsinin NATO öhdəliyinin bir hissəsi olaraq 2032-ci ilə qədər müdafiə xərclərini 2%-ə qədər artıracağını deyib.