AZ

BİZİM TƏQVİM: 6 noyabrda baş vermiş tarixi hadisələr

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin bu günündə müxtəlif intensivliklə Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində əməliyyatları davam etdirib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb. Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.

Oktyabrın 6-da dünyada daha nələr olub? 

1.  6 noyabr 1860-cı ildə Abraham Linkoln  Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti seçildi. ABŞ-da köləlik Abraham Linkolnun dövründə qadağan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

BİZİM TƏQVİM: 5 noyabrda baş vermiş tarixi hadisələr


2.  6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır.  1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” deyildi. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

3. 1944-cü il noyabrın 6-da ABŞ Hanford Atom Mərkəzində ilk dəfə ortaya plutonam çıxardı. Bu plutonam Yaponiyanın Naqasaki şəhərinə atılan atom bombasının istehsalında istifadə edildi.

4. 6 noyabr Azərbaycan metro işçilərinin peşə bayramıdır. 1967-ci ilin bu günü Bakı metropoliteninin birinci növbəsinin 6 stansiyası istifadəyə verilib.

5.  Türkiyədə 12 Sentyabr Hərbi Çevrilişindən sonra xalq 1983-cü il 6 noyabr tarixində ilk dəfə seçkilərə getdi. 12 Sentyabr hökumətinin icazə verdiyi 3 partiyanın yarışdığı parlament seçkiləri böyük bir sürprizlə nəticələndi: Turqut Özalın sədri olduğu Ana Vətən Partiyası Türkiyə Böyük Millət Məclisinə (TBMM) 211 millət vəkili çıxararaq təkbaşına iqtidarı qazandı. 

6. 6 noyabr 1985-ci ildə Kolumbiyada hökumət əleyhinə olan fəallar paytaxt Boqotadakı Ədliyyə Sarayını basdılar. Təhlükəsizlik qüvvələri və nümayişçilər arasında baş verən qarşıdurmada, 11-i ali hakim olmaqla, 115 nəfər həyatını itirdi.

7. 6 noyabr 2005-ci ilə Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçirilib. 

8. Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü hər il noyabrın 6-da qeyd olunan beynəlxalq gündür. 

6 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tarixdə möhtəşəm olaraq tanınan Osmanlı imperatoru Qanuni Sultan Süleyman 1494-cü ilin bu günü Trabzonda dünyaya gəlib. Sultan Süleyman atası Yavuz Sultan Səlimdən sonra taxta keçən 10-cu Osmanlı padşahıdır və 46 il boyu hakimiyyətdə olub. (1494-1566) 

2.  Dünyaşöhrətli rus bəstəkarı Pyotr Çaykovski 1893-cü il 6 noyabrda Sankt-Peterburqda 53 yaşında dünyasını dəyişib. (1840-1893)

3.  Özbəkistanın tanınmış yazıçısı və dövlət xadimi Şərəf Rəşidov 1917-ci ilin bu günü dünyaya gəlib. 1959-cu ildə Özbəkistan Kommunist Partiyasının birinci katibi seçilib. Yüksək dövlət vəzifələrində çalışmaqla yanaşı, bədii yaradıcılığını da davam etdirən, bir sıra roman, povest və publisistik əsərlərin müəllifi olan Şərəf Rəşidov Yenidənqurma dövründə haqsız hücumlara məruz qalıb, vəzifəsindən kənarlaşdırılıb, bundan bir qədər sonra isə vəfat eidb (1917-1984).

4.  6 noyabr 1931-ci ildə Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.

5. 6 noyabr 1931-ci ildə şair, nasir Tofiq Mahmud (1931- 4.4.1997) doğulub. 

6.  2009-cu ilin 6 noyabrında Xalq Yazıçısı Qılman İlkin vəfat edib (1914-2009). “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə” və digər povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini yazıb.

7.  Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərov 6 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
56
19
bizim.media

10Mənbələr