Bişkek. Trend:
Türk İnvestisiya Fondu tezliklə tam fəaliyyətə başlayacaq.
Trend-in çərşənbəgünü verdiyi məlumata görə, bunu TDT-nin baş katibi KubanıçbekOmurəliyev Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirliyirəhbərlərinin görüşündən əvvəl deyib.
O, türkdilli ölkələrin müxtəlif təşkilatlar, o cümlədən TÜRKSOYvə Parlament Assambleyası çərçivəsində əməkdaşlıq etdiyini diqqətəçatdırıb.
Amma eyni zamanda 500 milyon dollar portfellə Türk İnvestisiyaFondu yaradıldı. Fond artıq işə başlayıb və ilk layihələr gəlir.Düşünürəm ki, o, tezliklə tam əməliyyat fəaliyyətinə başlayacaq”, -deyə Ömurəliyev bildirib.
TDT-nin baş katibi əlavə edib ki, fondun fəaliyyəti biznesin vəqarşılıqlı ticarətin inkişafına yönəlib.