AZ

Tramp: Filadelfiyada böyük saxtakarlıq olub

Tramp:

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Filadelfiyada “böyük seçki saxtakarlığı” olduğunu iddia edib və hüquq-mühafizə orqanları əməkdaşlarının bölgəyə yönəldildiyini bildirib.

Reyting.az
xəbər verir ki, polis idarəsi Trampın iddialarını təkzib edir.

Tramp özünün “Truth Social” sosial şəbəkəsində prezident seçkiləri ilə bağlı paylaşım edib. Tramp, “Filadelfiyada böyük bir saxtakarlıqdan danışılır. Hüquq-mühafizə orqanları gəlir”,- mesajını paylaşıb.

Ancaq Filadelfiya Polis İdarəsi verdiyi açıqlamada “Trampın nədən danışdığını anlamadıqlarını” ifadə edərək hüquq-mühafizə orqanlarının bölgəyə yönəldilməsini tələb edən heç bir hadisənin olmadığını bildirib.

V. QULİYEV
Seçilən
24
1
reyting.az

2Mənbələr