AZ

İctimai nəqliyyatda daha bir problem - QR kodlar işləmədi

İctimai nəqliyyatda gediş haqqının "Bir Bank" tətbiqi ilə ödənişlərində problem yaranıb.

 

Bu barədə Modern.az-a sərnişinlər məlumat veriblər.

 

Belə ki, "Bir Bank" mobil tətbiqində QR kodla ödəniş bölməsi işləməyib. Kartlardan ödənişlər çıxılsa da, QR oxudulması prosesi baş tutmayıb.

 

Sözügedən problem metroda sıxlığa səbəb olub.

Seçilən
12
5
modern.az

2Mənbələr