AZ

ABŞ tarixində ən kritik prezident seçkiləri keçirilir

Bu gün ABŞ tarixində ən kritik prezident seçkilərindən biri keçirilir. Amerikalılar ölkəni 4 il idarə edəcək prezidentini, ölkədə qanunların qəbulunda əsas rol oynayan Nümayəndələr Palatasının və Senatın üzvlərini müəyyən etmək üçün səsvermə məntəqələrinə üz tutub. Keçmiş prezident Donald Tramp və vitse-prezident Kamala Harris arasında prezidentlik uğrunda davam edən gərgin yarışın nəticəsinin müəyyən olmasına saatlar qalıb.

"Report”un ABŞ bürosu Nyu-Yorkda fəaliyyət göstərən səsvermə məntəqələrindən birinə baş çəkib və seçkilərin gedişatını yerindəcə müşahidə edib.

Üç fərqli saat qurşağı olan ölkədə səsvermənin başlanğıcı və sonu ştatlara görə dəyişir. Səsvermə Nyu-York və Virciniya ştatlarında yerli vaxtla saat 06:00-da, seçkinin nəticəsini müəyyən edəcək ən kritik ştatlarda, Florida, Pensilvaniya və paytaxt Vaşinqtonda saat 07:00-da başlayıb.

Əhalinin aktivliyinin müşahidə olunduğu seçki məntəqələrində yüksək təhlükəsizlik təmin olunub. Məntəqələrində işləyən könüllülər və müşahidəçilər seçiciləri səsvermə prosesi ilə bağlı məlumatlandırır və onlar səsvermə kabinələrinə yönləndirirlər. Nyu-York şəhəri seçicilərinin bülletenlərinin arxasında şəhərin nizamnaməsinə aid Nyu-Yorkun konstitusiyasına təklif edilən düzəlişə əlavə beş təklif də qeyd olunub.

Pensilvaniyanın iki əyalətində və Nyu-Yorkda iki seçki məntəqəsində səslərin qeydə alındığı maşınlarda qısa müddətli nasazlıqlar müşahidə olunub. Məlumata görə, Nyu-York Seçki Şurası problemlərin aradan qaldırıldığını və seçicilərin kağız bülletenlərini seçki məntəqələrində qoya biləcəyini və onların sayılacağını bildirib.

Yerli əhali kimə səsverməsindən asılı olmayaraq çərşənbə axşamı tarix yazılacağını qeyd edir. Ölkədə sosial şəbəkələr və medianın bütün diqqəti seçkilərin gedişatına yönəlib. ABŞ-da səsvermə ölkənin ən şimal-qərb hissəsində yerləşən Alyaska və Havay ştatlarında yerli vaxtla saat 20:00-da başa çatacaq.

Demokrat namizəd Kamala Harrisin və Respublikaçılar Partiyasının namizədi Donald Trampdan anket sorğularının nəticələrinin bir-birinə çox yaxın olduğu qeyd olunur.

Qeyd edək ki, prezident seçkilərində qalib gələn namizəd 2025-ci il yanvarın 20-də and içəcək və 4 il müddətinə ABŞ-ın 47-ci prezidenti olacaq.


Seçilən
45
50
qaynarinfo.az

10Mənbələr