AZ

Dollar Trampın irəlidə olması xəbəri ilə bahalaşdı

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp öndədir. Trampın qələbə qazanması ehtimalı yüksəkdir.

Marja.az xəbər verir ki, Trampın öndə olması xəbəri ABŞ dollarının bahalaşmasına səbəb olur.

Donald Trampın Prezident seçilməsi ehtimalının yüksək olması səbəbindən dolların möhkəmlənməsi Meksika pesosu, avro və Yapon yeninə ciddi zərbə vurub.

Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, Avro 1,4% ucuzlaşaraq 1,0783 dollara düşüb.

Dolların möhkəmlənməsi ilə Yapon yeninin itkiləri 1 faizi keçib.

Meksika pesosu da 2 faiz ucuzlaşıb.

İndoneziya Mərkəzi Bankı rupinin məzənnəsində volatilliyi azaltmaq üçün lazım gələrsə, müdaxilə etməyə hazır olduqlarını bildirib.

Seçilən
22
1
marja.az

2Mənbələr