"Benfika"nın türkiyəli yarımmüdafiəçisi Kerem Aktürkoğlu Portuqaliyada növbəti uğura imza atıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu sözügedən ölkədə son iki ayın - sentyabr və oktyabrın ən yaxşı futbolçusu seçilib.
Məlumatı Portuqaliya Liqasının mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, Kərəm Aktürkoğlu Portuqaliuya çempionatında meydana çıxdığı 5 matçda 5 qol vurub və 2 assist edib.
26 yaşlı türkiyəli ulduzun "Benfika" ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.