AZ

Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ankara və İrəvan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq".
Oxu.Az-ın "Turkiye" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün vacib element hesab edir.
"Biz razılaşmaların əldə olunması üçün maksimum dəstək göstəririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (delimitasiya barədə - red.) bu irəliləyişin yaxşı nümunəsidir", - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Seçilən
10
30
oxu.az

10Mənbələr