Azərbaycanda 13 yaşlı uşaq faciəvi şəkildə ölüb.
Milli.Az bildirir ki, 05.11.2024-cü il tarixdə saat 13 radələrində (01.01.2011-ci ildə Salyan rayonunda anadan olan, natamam orta təhsilli, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 184-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Səlimov Əfsər Elşən oğlu məktəbdən gəldikdən sonra yaşadığı evin həyətyanı sahəsində olan ağacın budağına bağlanmış yellənçəyin kəndirini oynamaq üçün açmaq istəyərkən ayağının altında olan oturacağın aşıb.
Nəticədə oturacağın yerləşdirilməsi üçün nəzərdə tutulmuş kəndirin düyünlənmiş hissəsi boynuna keçmiş və Əfsər Səlimov boğularaq ölmüşdür. Onun meyiti saat 15 radələrində qonşuları tərəfindən aşkar edilmişdir.
Faktla bağlı Salyan rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az