AZ

Əliyar Ağayevin ÇL matçındakı səhvini VAR düzəltdi

style='margin-bottom:10px;'>

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyunu idarə edib.

QOL.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda ötən gecə keçirilən “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olub.

Ağayev matçın 19-cu dəqiqəsində meydan sahiblərinin qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb. Ancaq epizoda təkrar baxıldıqdan sonra VAR qolu ləğv edib.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.

Əliyar Ağayev görüşdə meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusuna sarı vərəqə göstərib. Oyun "Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 4 turdan sonra “Monako” 10 xalla 3-cü, “Bolonya” 1 xalla 30-cu yeri tutur

Seçilən
7
2
teleqraf.com

5Mənbələr