AZ

İctimai nəqliyyatda daha bir problem - QR kodlar işləmədi

İctimai nəqliyyatda gedişhaqqının "BirBank" tətbiqi vasitəsilə ödənilməsində problem yaranıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə modern.az-a sərnişinlər məlumat veriblər.

Belə ki, "BirBank" mobil tətbiqində QR kodla ödəniş bölməsi işləməyib. Kartlardan ödənişlər çıxılsa da, QR oxudulması prosesi baş tutmayıb.

Sözügedən problem metroda sıxlığa səbəb olub.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.

Seçilən
23
hurriyyet.az

1Mənbələr