AZ

Türkiyə Qırğızıstanın borclarını silib

Bakı, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Qırğızıstanın maliyyə naziri Almaz Baketayev arasında imzalanan "Borcların Silinməsi Sazişi" ilə Qırğızıstanın Türkiyəyə olan borcları silinib.

TurkicWorld xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvəsində iştirak etmək üçün Qırğızıstanda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında paytaxt Bişkekdə keçirilən imza mərasimi ilə 19 mühüm saziş imzalanıb. İmzalanan "Ortaq Bəyanat"la ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

Həmçinin, iqtisadi və maliyyə əməkdaşlığını gücləndirəcək bir anlaşma memorandumu da imzalanıb.

İmzalanan sazişlər arasında müdafiə sənayesi əməkdaşlığı, enerji səmərəliliyi, enerji qənaəti kimi mövzuları əhatə edən memoranduma da yer alır.

Türkiyə Respublikası Müdafiə Sənayesi rəhbəri Haluk Görgün ilə Qırğızıstan müdafiə naziri Batıbək Bekbolotov arasında imzalanan bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Mədəniyyət və turizm sahəsində ortaq istehsal sazişi, miqrasiya mövzusunda anlaşma memorandumu ilə ticarətə dair sazişlər də mərasimdə imzalanan mühüm sənədlər arasında olub. Bu çərçivədə mədəni əməkdaşlıq və miqrasiya idarəçiliyi mövzularında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Ərdoğan Japarova Türkiyənin yerli elektrikli avtomobili Togg-u hədiyyə etdib. Ziyarət zamanı prezident Ərdoğana isə Sadır Japarov tərəfindən bir at hədiyyə edilib.

Seçilən
27
turkic.world

1Mənbələr