“Bank Avrasiya” bu ilin 9 ayında müştərilərə 136 milyon 818 min manat kredit verib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 0,2% və ya 351 min manat azdır.
“Bank Avrasiya”da bu ilin 9 ayında istehlak kreditlərinin həcmi 14 milyon 621 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 5,5% və ya 853 min manat azdır.
Bank 64 milyon 739 min manat həcmində biznes kreditləri verib. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 475 min manat və ya 2,2% azdır.
“Bank Avrasiya”nın verdiyi daşınmaz əmlak kreditlərinin həcmi 57 milyon 457 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 3,5% və ya 1 milyon 977 min manat çoxdur.
“Bank Avrasiya”nın ticarət və investisiya qiymətli kağızlara investisiyalarının həcmi 2 milyon 243 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 70,4% və ya 5 milyon 330 min manat azdır.
“Bank Avrasiya”nın banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmi 3 milyon 713 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 20,6% və ya 968 min manat azdır.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.
Nara