ABŞ-da gündəm prezident seçkiləridir. Dünən keçirilən seçkinin nəticələri hələ tam bəlli olmasa da, maraqlıdır: dünyanın ən böyük gücünün rəhbəri olacaq şəxs nə qədər maaş alacaq?
Hafta.az-ın yazdığına görə, 2001-ci ildə Konqresin təsdiq etdiyi prezident maaşı ildə 400 min dollardır. Ancaq dövlət başçısının alacağı bununla bitmir. Prezident bu maaşdan əlavə xərclər üçün 50 min dollar, əyləncə üçün 19 min dollar, vergisiz səyahət üçün 100 min dollar, Ağ Evin dekorasiyası və mebel dizaynı üçün 100 min dollar alır.
ABŞ prezidenti təqaüdə çıxandan sonra 230 min dollar pensiya alır.
Prezident Ağ Evin illik 4 milyon dollarlıq təmir xərclərinin məsuliyyətini daşımır. Amma prezident xüsusi tədbirlərdə qulluqçuların və təmizlik işçilərinin maaşını ödəyir.
Birləşmiş Ştatlarda prezident olmanın digər üstünlükləri bunlardır:
Camp David lojasında tətil haqqı, Prezident təyyarəsi və Marine One helikopterindən istifadə hüququ, Gizli Xidmət mühafizə xidməti.