Bu gün “Sabah” klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxacaq.
Msport.az xəbər verir ki, “bayquşlar” II təsnifat mərhələsinin cavab oyununda İsveçrənin “Bazel” kollektivini qəbul edəcək.
Görüş saat 18:00-da başlayacaq. Qarşılaşçanın baş hakimi qazaxıstanlı Rustam Omarov olacaq.
Qeyd edək ki, ilk matçda “Bazel” 6:0 hesabı ilə qalib gəlib.