Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 230 seçici səsini qazanıb - tələb olunan 270 səsin 85 faizi.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Agentliyin məlumatına görə, onun demokrat rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harris 205 seçici səsini qazanıb.
Bundan əvvəl Tramp qələbə üçün əsas ştatlardan birini - Şimali Karolinanı qazanmışdı . "O, öz mövqeyini möhkəmləndirdi və Respublikaçılar Partiyasının lehinə 16 seçici səsini toplaya bildi ", - agentlik yazır.