AZ

Marmara Vəqfinin prezidenti: COP29-u bəşəriyyətin gələcəyi üçün fürsət kimi qiymətləndiririk - FOTO

“Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına bir fürsət kimi qiymətləndiririk”.

APA xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə Marmara Vəqfinin prezidenti Mehmet Akkan Süver deyib.

O qeyd edib ki, Yer kürəsindəki müharibələrin törətdiyi böyük sosial sıxıntılarla yanaşı, iqlim problemləri başqa bir fəlakətin nişanələrini özündə ehtiva edir: “Belə bir vəziyyətdə Bakıda keçiriləcək COP29 çox əhəmiyyətlidir. Azərbaycanın təşəbbüsü təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Eyni zamanda, bu tədbirin insanların xaosdan, qarşıdurmalardan, müharibələrdən uzaq yaşamasını təmin edəcəyini güman edirik. Bakının bu dəvəti beynəlxalq sülhün təmin edilməsində böyük rol oynayacaq. Dini liderlərin Bakıda görüşü bu təşəbbüsə böyük töhfədir”.

Marmara
Seçilən
14
1
apa.az

2Mənbələr