Ukrayna cəbhəsi: ruslar Toretsk yaxınlığında irəliləyir
Rusiya ordusu Ukraynada - Toretsk yaxınlığında hücumların sayını artırır və Çasovoy Yar yaxınlığında ehtiyat toplayırlar.
Reyting.az xəbər verir ki, bunu “Luqansk” operativ-taktiki qrupunun spikeri Anastasiya Bobovnikova deyib.
Onun sözlərinə görə, Toretsk ərazisində ciddi qrup - motoatıcı briqadalar və digər bölmələr, o cümlədən Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlıları toplanıb: “Onlar texnika toplayır və sözün əsl mənasında bu gün hücumların sayını artırmağa başlayıblarsa, proses getdikcə mürəkkəbləşir”.
Bobovnikova əlavə edib ki, Rusiya işğalçı qüvvələri atəş və hava hücumlarının sayını azaltmır, onların səviyyəsi davamlı olaraq yüksək olaraq qalır. O qeyd edib ki, Çasovoy Yar yaxınlığında digər istiqamətlərlə müqayisədə hücumların sayında bir qədər azalma olsa da, rus qoşunları ehtiyat toplayır:
“Onlar hər gecə məxfi kadrlar gətirirlər, onlara antitermal ponçolar və ya yağış paltarları geyindirirlər, həmçinin döyüş təmas xəttinə mümkün qədər yaxın döyüş sursatı və silah gətirir, rabitə və elektron müharibə avadanlığı quraşdırırlar”.
Xatırladaq ki, dünən ruslar Donetsk vilayətində də irəliləyib. Rus ordusu Kramatorsk vilayətinin Stepanovka yaşayış məntəqəsini ələ keçirib.
“New York Times” bu yaxınlarda yazmışdı ki, Rusiyanın Toretsk yaxınlığındakı irəliləyişi Ukrayna müdafiəsi üçün fəlakətli nəticələrə səbəb olacaq, çünki mövqelərin itirilməsi ilə bəzi hissələrin təchizatı kəsə bilər.
V. QULİYEV