AZ

Zelenski Şimali Koreya əsgərləri ilə toqquşduqlarını təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreya əsgərləri ilə Ukrayna əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o açıqlamasında deyib: “Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada yeni qeyri-sabitlik səhifəsi açdı”.

Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərməsinə reaksiyalar davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski yeni açıqlama verib. Rusiyaya qarşı müharibədə görülən son tədbirləri və görülən işləri izah etdiyi videoda Şimali Koreya məsələsinə toxunan Zelenski bildirib: “Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə reaksiya verən hər kəsə təşəkkür edirəm”.

Bəzi ölkələrin Ukraynanın təkcə sözlə deyil, həm də müdafiəsinə dəstək verdiyini qeyd edən Zelenski deyib: “Təəssüf ki, adekvat cavab almadıqda terror virus kimi yayıla bilər".

Buna görə də reaksiyalarının “kafi” və “güclü” olmasının vacibliyini vurğulayan Zelenski Şimali Koreya əsgərləri ilə Ukrayna əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.

Beynəlxalq ictimaiyyəti dəstəkləməyə çağıran Zelenski həmçinin bildirib: “Dünya ilə birlikdə Rusiyanın müharibəni genişləndirmək üçün atdığı bu addımın uğursuzluğa düçar olması üçün hər şeyi etməliyik”.

Seçilən
18
1
sia.az

7Mənbələr