Bakı. Trend:
Svetoforların iş rejimi dəyişdirildi, yaranan qəza şəraiti,nəqliyyat ləngiməsi aradan qaldırıldı və yolda intensivlikartdı.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarınınimkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti iləAzər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlilləraparılıb və nəticədə yolda olan svetoforların iş rejimidəyişdirilib.
Belə ki, əvvəllər Qara Qarayev prospektindən qeyd olunankəsişmələrə daxil olan sürücülər burada daha çox gözləməliolurdular və nəticədə prospektdə intensivlik azalırdı. Yarananproblemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola AzərManafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyatvasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığınınmüddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücülərinarahat edən problem həll edilib.