AZ

NYT: Tramp 95% ehtimalla qalib gələcək

Səslərin hesablanması davam etdiyi üçün Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezidentliyə qalib gəlmə şansı 95%-dir...

Poliqon xəbər verir ki, bu, The New York Times qəzetinin verdiyi qiymətləndirmədir.

“Çox güman ki, Trampın qazanmaq şansı 95%-dir”, deyə nəşr yazır.

Qeyd edək ki, ir neçə saat əvvəl həmin qəzet Trampın qalib gəlmək şansını 79% qiymətləndirmişdi. Daha sonra isə bu ehtimal 88%-ə qədər yüksəlmişdi.

Xatırladaq ki, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində səslərin hesablanmasına başlanılıb. Əsas namizədlər keçmiş prezident Donald Tramp (Respublikaçı) və hazırkı vitse-prezident Kamala Harrisdir (Demokrat). Tramp Floridadakı malikanəsindən, Harris isə Hovard Universitetindən səslərin sayılmasını müşahidə edir.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr