ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Meksikadan təxminən 2500 nəfərlik yeni mühacir karvanının yola düşdüyü bildirilib.
Publika.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Bildirilib ki, ölkənin cənubundakı Çiapas ştatının Tapaçula şəhərindən yürüyüş edən minlərlə mühacir ABŞ-ın yeni prezidenti vəzifəyə başlamazdan əvvəl sərhədi keçmək istəyir.
Miqrasiya müşahidəçisi Luis Rey Qarsia mətbuata verdiyi açıqlamada təxminən 2500 immiqrantın ABŞ sərhədinə çatmaq üçün yola düşdüyünü və bu rəqəmin arta biləcəyini bildirib.
Mühacirlərin əksəriyyətinin Çin, Peru, Ekvador, Venesuela, Kolumbiya, Honduras, Salvador, Qvatemala və Haitidən olduğu qeyd edilib.