Bakı. Trend:
Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundaAzərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslamRespublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan RusiyaFederasiyası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinəgömrük baxışı həyata keçirilib.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumatverilib.
Qeyd edilib ki, kinoloji xidmət itinin reaksiyasına əsasənaparılan yoxlama zamanı yükün içərisində aliminium falqalarabükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindəngizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuşmarixuana narkotik vasitəsi aşkar edilib.