AZ

“Tramp Ağ Evə qayıtsa” - Fukuyamadan pessimist proqnozlar

Donald Tramp ABŞ seçkilərində qalib gəlsə, dəyişikliklər təkcə ABŞ-yə deyil, bütün dünyaya təsir edəcək.

“AzPolitika” xəbər verir ki, bunu dünya şöhrətli yapon əsilli ABŞ yazıçısı, filosof və siyasi iqtisadçı, Stenford Demokratiya, inkişaf və qanunun aliliyi mərkəzinin böyük elmi işçisi Frensis Fukuyama “DW” kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ seçiciləri “qısamüddətli problemlərə, o cümlədən inflyasiyaya cavab olaraq səs verirlər və ABŞ-də qanunun aliliyinin qorunması kimi uzunmüddətli, daha vacib məsələlərdən narahat deyillər”.

Fukyamanın dediyinə görə, Trampın Ağ Evə qayıtması bütün Avropa üçün çox pis presedent yaradacaq. O hesab edir ki, bu, Avropa Birliyində sağçı populistlərin daha da güclənməsi deməkdir.

Fukuyama qeyd edib ki, digər “geosiyasi risklər” də var. Söhbət “Ukrayna hesabına Putinlə sülh sazişinin” mümkünlüyündən gedir. Bundan əlavə, o xəbərdarlıq edib ki, Trampın dövründə ABŞ-nin Cənub-Şərqi Asiyadakı müttəfiqlərini Çindən qorumaq istəyəcəyinə də əminlik yoxdur.

“AzPolitika.info”

Seçilən
12
azpolitika.info

1Mənbələr