Türkiyəli keçmiş model Deniz Akkayaya psixiatriya xəstaxanasına yerləşdirilib.
OLAY yazır ki, bu podium ulduzunun keçmiş həyat yoldaşı Efe Önbilginin tələbi ilə baş verib.
Belə ki, Deniz Əsəb-Ruhi Xəstəlikləri Xəstəxanasına müalicəyə sövq edilibvə bütün mal, mülkü nəzarət altına götürülüb.
Qeyd edək ki, Dəniz Akkaya aylar əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub. Model barəsində 4 ay 27 gün həbs cəzası çıxarılıb. Ali Məhkəmə hökmü qüvvədə saxlasa, D.Akkaya həbs ediləcək.