“Yeni il günü olivyedəki mayonezi yoqurtla əvəz edə bilərsiniz”
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu diyetoloq Viktoriya Beznebeeva deyib.
O bildirib ki, Yeni il bayramı masası mümkün qədər balanslı olmalıdır.
Mütəxəssis bayram yeməklərindəki ənənəvi, daha zərərli inqrediyentləri sağlam analoqları ilə əvəz etməyi təklif edib.
Bundan əlavə, o, süfrədə tərəvəz salatlarından imtina etməməyi və yağlı əti hinduşka və ya məsələn, toyuqla əvəz etməyi məsləhət görüb.