ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp qələbə üçün lazım olan 270 seçici səsindən 267-ni qazanıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilir ki, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 216 seçici səsini qazanıb.
Qeyd edək ki, Tramp 270 səs toplayacağı təqdirdə ABŞ-nin 47-ci prezidenti olacaq.
Daşqın HəsənovMissiya.Az