Google, ABŞ seçkilərində Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa səs verəcək yerləri axtararkən axtarış sistemində fərqli nəticələrə səbəb olan problemi aradan qaldırdıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki,sisteminin verdiyi fərqli nəticələrlə bağlı Google-dan açıqlama verilib.
Açıqlamada səsvermə mərkəzlərinin yerləri axtarılarkən Harris üçün fərqli nəticələrin olmasının səbəbinin Texas əyalətində Harris adlı bir bölgənin olması olduğu ifadə edilib.
Açıqlamada Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ohayo senatoru Ceyms Devid Vansın soyadının da bir bölgənin adı olduğu üçün Vance axtarışında da eyni problemin yaşandığı və problemin həll edildiyi bildirilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az