O bildirib ki, hazırda Rusiya subyektində operativ qərargah işləyir. Profil xidmətlərinin əməkdaşları hadisənin başvermə şəraitini araşdırır, Məlikovun özü isə məsul şəxslərlə əlaqə saxlayır.
“Mən əmin etmək istəyirəm ki, respublika əhalisinin təhlükəsizliyi üçün bütün qərarlar vaxtında qəbul ediləcək”, – Dağıstan rəhbəri əlavə edib.
Eyni zamanda, respublika rəhbərliyi yerli sakinləri sakit olmağa və yoxlanılmamış mənbələrdən gələn məlumatlara etibar etməməyə çağırıb. Bundan başqa, Məlikov vətəndaşların diqqətinə çatdırıb ki, sosial şəbəkələrdə hadisə ilə bağlı video və fotolar yaymaqdan çəkinmək lazımdır.