Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) yerli istehsal olan SMASH ballistik raketinin atış sınağını həyata keçirib.
“Poliqon” Pakistan HDQ-yə istinadən xəbər verir ki, sınaq zamanı gəmidən buraxılan ballistik raket təyin olunmuş hədəfi dəqiqliklə vurub.
Qeyd olunub ki, 350 km mənzilə sahib olan SMASH raketi quru və dəniz hədəflərini yüksək dəqiqliklə vurmağa qadirdir. Ballistik raket ən müasir naviqasiya sistemi və yüksək manevr imkanları ilə təchiz edilib.