Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında yığmamızın Millətlər Liqası çərçivəsində keçirəcəyi son oyunlar üçün heyəti açıqlanacaq.
Qeyd edək ki, millimiz noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə görüşəcək.
İdman.biz