Nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə edən sürücünün kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntü oktyabrın 31-də, paytaxtın Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 99-LL-167 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü xarici işıq cihazlarına müdaxilə edərək normativ tələbləri pozub. Videgörüntüdən də aydın şəkildə görünür ki, avtomobilin duman faraları və qabarit işıqları sayrışan rejimdə işləyir.
Qeyd edək ki, bu cür dəyişiklik edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə 150 manat məbləğində cərimə oluna bilər.
Fərid