AZ

PSV Çempionlar Liqasında iki rekorda birdən imza atdı

Ötən gün UEFA Çempionlar Liqasının dördüncü turu çərçivəsində İspaniya "Jirona"sını qəbul edən Niderlandın PSV klubu kataloniyalıların qapısından 4 cavabsız qol keçirib. 

Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, Niderland çempionu bu qələbə sayəsində bu turnirdə özünəməxsus iki rekorda imza atıb. 

Birincisi, PSV əvvəllər Çempionlar Liqası matçında heç vaxt dörd qol vurmamışdı. İkincisi, "Jirona" üzərindəki bu qələbə klubun Avropanın ən nüfuzlu klub futbol turnirində indiyə qədərki ən böyük qələbəsi olub. 

Çempionlar Liqasının növbəti, beşinci turunda PSV öz meydanında “Şaxtyor”u qəbul edəcək. Bu görüş noyabrın 27-də baş tutacaq.

Mirağa

Seçilən
2
1
fanat.az

2Mənbələr