Bakı.Trend:
İqlim dəyişikliyi istiqamətində dini liderlər arasındainteqrativ mübasibətlərə ehtiyac var.
Trend xəbər verir ki, bunuDini Liderlərin Qlobal Sammitinin ikinci günündə AlmaniyaMüsəlmanları Mərkəzi Şurasının sədri Əbdülsəməd Əl-Yezidideyib.
O bildirib ki, Dini Liderlərin Qlobal Sammiti dəstəyə layiqplatformadır.
“Sammit ərzində bir çox dini təlimlərin nümayəndələrininfikirlərini dinlədik. Bu fürsəti yaratdığına görə, Azərbaycanatəşəkkür edirik. Təkcə ekologiyanın qorunması üçün deyil, ümumən,gələcəyimiz üçün Dini Liderlərin Qlobal Sammiti tipli platformalaradəstək olmalıyıq”,- deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.