AZ

AMB TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasına üzv olub

Bakı. Trend:

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrinmərkəzi (milli) banklarının Şurası yaradılıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədriTaleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkekşəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşüçərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi(milli) banklarının Şurası”nın yaradılmasına dair Memorandumunimzalanma mərasimi keçirilib.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası,Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrləri tərəfindənimzalanan memorandum banklar arasında əməkdaşlıq əlaqələrininmöhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd olunub ki, məsləhətçi və məşvərətçi orqan funksiyasınıdaşıyan Şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi,ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digərqarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr vətədqiqatlar həyata keçirməkdir. Şura regional iqtisadidayanıqlılığın gücləndirilməsinə, maliyyə sabitliyininmöhkəməndirilməsinə və üzv ölkələr arasında bilik mübadiləsinintəşviqinə dəstək verəcək.

Məqalədə:
Seçilən
19
3
az.trend.az

4Mənbələr